Layihə haqqında

Layihə haqqında

 “Nizami City” layihəsi 9 mərtəbəli, 9 bina və 14 girişdən ibarətdir və 2.87 hektar ərazini əhatə edir. Kompleks C.Cabbarlı, S.Salayev, F.İbrahimbəyov, İ.Əbilov və N.Aşurbəyova küçələrinin kəsişməsində yerləşir. Nizami metrosuna, Qış parkına və Fəvvarələr meydanına çox yaxın məsafədədir.

Hər girişdə yükdaşıma və sərnişin lifti, yeraltı dayanacaq, generator, içməli və yanğın təhlükəsizliyi su anbarları mövcuddur. Kompleks təbii qazla təchiz olunmuşdur. Yaşayış kompleksi 24 saat təhlükəsizlik xidməti və kameralarla mühafizə olunur, həyətə və bloklara giriş kodlaşdırılmışdır.